Top.Mail.Ru

GÜNDƏM

Sülhməramlıların sabiq komandanının bacısı oğlu Ukraynada öldü: General xəbəri yaralı vəziyyətdə aldı – FOTO

Rusiya Qəhrəmanı, Cənub Hərbi Dairəsinin komandanının müavini, general-leytenant Rüstəm Muradovun bacısı oğlu Ukraynada həlak olub.

KAİM.az bildirir ki, bu barədə “Baza” “Telegram” kanalı öz mənbələrinə istinadla xəbər verib.

27 yaşlı Salman Süleymanov taqım komandiri olub. O, yanvarın əvvəlində xidmət yoldaşları ilə birlikdə Ukrayna ilə sərhədə aparılıb, aprelin sonunda isə döyüşlər zamanı həlak olub.

Loading...
Yazının davamı reklamdan sonra

General-leytenant Muradovun özü həmin vaxt yaralı olduğu üçün xəstəxanada yatıb. Bacısı oğlunun ölümü barədə ona məlumat verildikdə, Muradov dəfn edilməsi üçün heç olmasa bir sümük tapılmasını xahiş edib. Nəticədə Salmanın qalıqları vətəni Dərbəndə (Dağıstan) gətirilib.

Xatırladaq ki, Rüstəm Muradov Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinə 2022-ci ilin fevralına qədər komandanlıq edib.

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button