Top.Mail.Ru

GÜNDƏM

Azərbaycanda qanun layihəsi hazırlanır

Azərbaycanda bitki sağlamlığı sahəsində islahatlar və yeniliklər açıqlanıb.

KAİM.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Elxan Mikayılov Bitki Sağlamlığı Forumunda çıxışı zamanı məlumat verib.

O bildirib ki, “Bitki sağlamlığı haqqında” qanun layihəsi işlənilir və artıq ilkin versiyası hazırdır:

Loading...
Yazının davamı reklamdan sonra

“Layihənin hazırlanmasında məqsəd bitki məhsullarına nəzarətin gücləndirilməsi və beynəlxalq ticarətin asanlaşdırılmasıdır”.

Aparat rəhbəri gələcək hədəflərdən də söz açıb. Belə ki, hədəflər arasında zərərvericilərə dair risklərin idarə edilməsi sisteminin qurulması, zərərvericilərdən azad zona və təsərrüfatların yaradılması, Milli Monitorinq Planının icrasının nəticələri əsasında ölkə üzrə zərərvericilərin yayılma arealının xəritələşdirilməsi, bitki mühafizəsi vasitələrinin qeydiyyatının və idxalı prosedurlarının sadələşdirilməsi yer alıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button