Top.Mail.Ru

GÜNDƏM

SON DƏQİQƏ! Azərbaycan döyüş meydadına QAYIDA BİLƏR – Ermənistanın bu davranışları…

Azərbaycan qalib tərəf olaraq beynəlxalq normalar çərçivəsində Ermənistanla qonşuluq münasibətləri yaratmaq istəyir. Dünya birliyi də Azərbaycanın niyyətini və planlarını dəstəkləyir. Ermənistan isə döyüş meydanından kapitulyasiya ilə ayrılsa da, düşmənçilk ruhunu dəyişmək istəmir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, erməni tərəfi üçtərəfli görüşlərə və razılaşmalara əməl etmədən növbəti dəfə hərbi təxribatlara əl atır:

Loading...
Yazının davamı reklamdan sonra

“Sözsüz ki, Azərbaycan gözləmə mövqeyində dayanmaq niyyətində deyil. Düşmənin hər bir təxribatına Müzəffər Ordumuz çox ciddi cavab verir. Amma belə bir vəziyyətin davam etməsi mümkün deyil”.

 

Millət vəkili Azərbaycanın Ermənistana sülh və əməkdaşlıq əlini uzatması fonunda qarşı tərəfin qeyri-adekvat davranışından bəhs edib:

“Ermənistan əldə edilmiş öhdəlikləri icra etməsə, Azərbaycan yenidən döyüş meydanına qayıtmağa hazırdır. Bu gün Azərbaycanın hərbi gücü II Qarabağ müharibəsində nümayiş ediləndən daha güclüdür. Əgər Ermənistan təxribatlarından əl çəkməsə və razılaşmaları icra etməsə, Azərbaycan daha sərt addımlar ata bilər. Ölkəmizin II Qarabağ müharibəsindən sonra razılıq verdiyi bütün üçtərəfli razılaşmalardan çıxması da mümkündür. Bununla da qısa zamanda ermənilərin vaxtilə dövlət yaratmağa güzəştə gedilən tarixi Azərbaycan torpaqlarından çıxarılması gündəmə gələ bilər. Çünki bu ərazilər 1924-cü ildə heç bir əsası olmadan sovet rəhbərliyi tərəfindən Ermənistana verilib. Bu baxımdan da Azərbaycan Ordusunun Qərbi Zəngəzurda hərbi əməliyyatlar keçirməsi qarşı tərəfin davranışlarından asılıdır. Beynəlxalq hüquq da bu məsələdə Azərbaycanın tərəfindədir”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button