Top.Mail.Ru
bannerGÜNDƏM

DƏHŞƏTLİ HÜCUM: generalların da olduğu ÇOX SAYDA HƏRBÇİ HƏLAK OLDU

Somalinin mərkəzi hissəsindəki Qalkayo şəhərinin stadionunda dəhşətli terror törədilib.

AZSABAH.COM xəbər verir ki, törədilmiş partlayış nəticəsində azı 35 nəfər, o cümlədən yüksək və ali rütbəli hərbçilər həlak olub.

Məlumata görə, həlak olanlar arasında “Danab” xüsusi təyinatlı dəstəsinin elit briqadası bölməsinin komandiri, general Muxtar Abdi Aden, onun müavini, general Marşo və Qalkayonun keçmiş meri Mohamud Yasin Əhməd Tumay da var. Ölənlərin arasında digər yüksək rütbəli zabitlərin olduğu da bildirilir.

Hadisə ölkənin baş naziri Məhəmməd Hüseyn Roblenin ictimaiyyətə müraciət etmək üçün stadiona gəlməsindən bir neçə dəqiqə əvvəl baş verib.

İlkin məlumatlara görə, partlayışı kamikadze törədib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button