Top.Mail.Ru

GÜNDƏM

Arif Paşayev və Rəşad Nəbiyev “TEKNOFEST Azərbaycan”ın qaliblərini mükafatlandırıblar – FOTO

Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev və Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının qalibi olan Akademiya tələbələri ilə görüşüb.

KAİM.az bildirir ki, bu barədə Rəşad Nəbiyev özünün “Twitter” səhifəsində məlumat paylaşıb:

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində keçirilən “Planer” müsabiqəsində B kateqoriyası üzrə birinci yerin qalibi Milli Aviasiya Akademiyasının “MockingJay” komandası olmuşdur. Akademiyanın rektoru, akademik Arif Paşayevlə birlikdə komanda üzvlərini festivalda fəal iştiraka və ali təhsil müəssisəsini layiqli təmsil etdiklərinə görə akademiyanın təşəkkürnaməsi ilə təltif etdik”.

Loading...
Yazının davamı reklamdan sonra

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button