Top.Mail.Ru

GÜNDƏM

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bağlı MƏLUMAT

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan ərizə və şikayətlərin araşdırılmasında nazirliyin rəsmiləri ilə bərabər vətəndaşların özləri də iştirak edirlər. Bu barədə nazirliyin mətbuat sözçüsünün də əziyyətləri danılmazdır.

Amma son vaxtlar  nazirliyin regionda olan rəhbərləri müraciətlərə cavab vermək niyyətindən nədənsə uzaq düşüb. Bu isə ictimaiyyət arasında ekologiya və ətraf mühitin qorunması sahəsində aparılan işlərə kölgə salır, yanlış fikirlərin formalaşmasına gətirib çıxarır.

Bununla əlaqədar, ətraf mühitin mühafizəsi sahəsində görülən işlərin davamlılığını təmin etmək, ekoloji qanunvericiliyin pozulması barədə daxil olan ərizə və şikayətlərin araşdırılmasında, müraciət edənlərin iştirakına şərait yaratmaq, qanunvericilikdə nəzərdə tutulmuş qaydada araşdırma prosesinin şəffaflığının gözlənilməsi məqsədi ilə hörmətli nazir saya hesaba gəlməyən əmrlər  imzalayıb. 

Loading...
Yazının davamı reklamdan sonra

Nazirliyin aidiyyəti qurumlarına tapşırılıb ki, fəaliyyət istiqamətlərinə uyğun olaraq ekoloji qanunvericiliyin pozulması barədə vətəndaşlardan daxil olan ərizə və şikayətlərin araşdırılmasında müraciət edənlərin iştirakının təmin olunması üçün qanuni tədbirlər görülsün. Bəs onda hansı səbəblərdən regionlarda söz sahibi olan vəzifə sahibləri qanunlara əməl etmir. Yazılan yazılar, edilən müraciətlər baxımsız qalır. Ekologiya və Təbii Sərvətlər nazirinin əmək verdiyi çox saylı məsələlərlə bağlı məlumatlar niyə düzgün dəyərləndirilmir.

Regionlarda ekoloji problemləri saytda işıqlandırmadan edilən müraciətlərimizə cavab almaq istəyimiz ya gecikdirilir ya da görməzdən gəlinir. Edilən müraciətlərimiz özünü düşünən yerli ekologiya rəhbərləri eləcə də işçiləri tərəfindən açıq şəkildə gizlədilir, həmçinin hörmətli nazirə həqiqət çatdırılmır. Bu problemləri yaradan yerli məmurlarla bağlı əməkdaşlarımız ciddi faktlar əldə edib. Bu səbəb dən də Ekologiya və Təbii Sərvətlər nazirin apardığı ciddi islahatlara dəstək verərək egologiyamıza sahib çıxmağı məqsədimiz hesab edirik…

İnanırıq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerlərdəki söz sahibləri qanunlara riayət edib, müraciətlərimiz vaxtında cavablandıracaq, ekoloji problemlərlə bağlı məsələlərin həqiqət üzünü gizlətməyəcəklər… // bolgexeber

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button