Top.Mail.Ru

GÜNDƏM

“Erkən Nikaha Yox Deyək”

Bu gün bütün dünyada olduğu kimi ölkəmizdə də doğurduğu fəsadlara və cəmiyyətə vurduğu ziyana görə ekən nikah məsələsi dövrümüzün mühüm və aktual problemlərindən biri olaraq qalır. Belə ki, erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, bir fərd kimi inkişafına mane olur, psixologiyasına mənfi təsir göstərir. Erkən nikah gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atmaqla yanaşı, həmçinin risklər də yaradır. Belə hallar boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Hazırda ölkəmizdə bu məsələnin nəzarətdə saxlanılması və həll edilməsi üçün ciddi normativ hüquqi baza mövcuddur.

Bununla bağlı rayonumuzun bir neçə yaşayış məntəqəsində azyaşlıların ailə həyatı qurması halları aşkarlanmış, tərəfimizdən hər iki tərəfin valideynləri ilə profilaktiki söhbət aparılıb və bildirilib ki, yeniyetmə vaxtlarında qızların ailə qurması onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədə bilər.

Maarifləndirmə tədbirlərində erkən nikaha məcbur etmənin cinayət tərkibi yaratdığı valideynlərin nəzərinə çatdırılır. Bu zaman valideyn həm tibbi, həm dini, həm də elmi cəhətdən övladını nəyə sövq etdiyinin fərqində olacaqdır. Hesab edirik ki, insanlar hərtərəfli məlumat aldığı zaman övladlarını erkən nikaha məcbur etməyin hansı nəticələr verə biləcəyini anlayacaqdır. Rayonumuzda bu məsələlərlə mübarizədə Rayon İcra Hakimiyyəti ilə birlikdə aidiyyəti idarə və təşkilatlar, Rayon Polis Şöbəsi, Rayon Təhsil Şöbəsi əlaqəli fəaliyyət göstərir.

Loading...
Yazının davamı reklamdan sonra

Yardımlı Rayon İcra Hakimiyyəti

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button