Top.Mail.Ru

GÜNDƏM

Musa Qasımlının Azərbaycan Respublikasının tarixi haqqında monoqrafiyası ÇAP EDİLDİ

Bu gün Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor Musa Qasımlının Bakı Dövlət Universitetinin sifarişi ilə yazdığı iki cildlik “Azərbaycan Respublikasının tarixi (1991-2021). 2 cilddə. 1-ci cild (1991-2003). Bakı: BDU, 2021.- 384; 2-ci cild (2003-2021). Bakı: BDU, 2021.- 520 s.“ monoqrafiyasının təqdimat mərasimi keçirilib.

KAİM.az xəbər verir ki, bu barədə Musa Qasımlı öz “Facebook” hesabında məlumat yayıb.

Loading...
Yazının davamı reklamdan sonra

Mərasim Heydər Əliyev Mərkəzində baş tutub.

200 nəfərdən çox elm adamı, millət vəkili, dövlət və hökumət nümayəndələrinin iştirak etdiyi və millət vəkili, akademik Rafael Hüseynovun apardığı təqdimat mərasimində Universitetin rektoru Elçin Babayev, təhsil nazirinin müavini Firudin Qurbanov, insan hüquqları üzrə müvəkkil Səbinə Əliyeva, Milli Məclisin komitə sədrləri – professorlar Səməd Seyidov, Hicran Hüseynova, Ziyafət Əsgərov, millət vəkili, akademik Nizami Cəfərov, Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva,akademik Nailə Vəlixanlı çıxış ediblər.

Müəllif öz çıxışında əsər yazılarkən materialların toplanmasında etdikləri köməyə görə tarix elmləri üzrə fəlsəfə doktoru Günel Musayevaya, tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadəyə, kitabı dil və üslub baxımından redaktə etdiyi üçün qızı, BDU-nun Şərqşünaslıq fakültəsinin dosenti, filologiya elmləri üzrə fəlsəfə doktoru Nurlanə Mustafayevaya, təqdimat mərasimini yüksək səviyyədə keçirdiklərinə görə Heydər Əliyev Mərkəzinə və BDU rəhbərliyinə minnətdarlığını bildirib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button