Top.Mail.Ru

GÜNDƏM

Prokurorluğun nümayəndəsi beynəlxalq təşkilatın iclasında iştirak edib

Azərbaycan Prokurorluğunun nümayəndəsi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Transmilli Rüşvətxorluğa qarşı Hüquq-Mühafizə Orqanları Şəbəkəsinin növbəti iclasında iştirak edib.

KAİM.az xəbər verir ki, iclas OECD-in Fransanın paytaxtı Paris şəhərində yerləşən qərargahında keçirilib.

“COVID-19 pandemiyası və digər böhranlar zamanı korrupsiya cinayətlərinin istintaqı” mövzusunda keçirilən tədbirdə müxtəlif dövlətlərin prokurorluq, ədliyyə və digər hüquq mühafizə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə yanaşı, Azərbaycanı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəis müavini İsfəndiyar Hacıyev təmsil edib.

Loading...
Yazının davamı reklamdan sonra

​​​​​İclasda pandemiya dövründə transmilli korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin müzakirəsi zamanı fövqəladə hallarda korrupsiya faktlarının aşkarlanması, araşdırılması və təqibinin ən çətin aspektləri, bu sahədə jurnalistlər və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərlə əməkdaşlığın artırılması, o cümlədən korrupsiya cinayətlərinin istintaqında müasir texnologiyaların tətbiqi kimi mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bundan başqa, tədbir çərçivəsində “COVID-19 pandemiyasına qarşı mübarizədə informasiya texnologiyalarının istifadəsi və təsiri” mövzusunda keçirilən 3-cü qrupun aralıq sessiyasında çıxış edən nümayəndəmiz Azərbaycanda pandemiya dövrünə korrupsiya hüquqpozmaları ilə bağlı prokurorluq orqanları tərəfindən aparılmış cinayət işlərinin istintaqı təcrübəsi, bu sahədə kütləvi informasiya vasitələrinin rolu, eyni zamanda müvafiq dövr ərzində informasiya texnologiyalarının imkanlarının istifadə praktikası və onun gələcək perspektivləri haqqında danışıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button