Top.Mail.Ru

GÜNDƏM

Bakıda “Plastik butulkanı ekoçantaya dəyiş” aksiyası keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən “Plastik butulkanı ekoçantaya dəyiş” aksiyasına start verilib.

KAİM.az xəbər verir ki, ETSN-dən verilən məlumat görə, ilk aksiya zamanı ümumi tutumu 2622 litr olan plastik butulka yığılıb.

Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib ki, yığılan plastik tullantılar “AzEkol” MMC tərəfindən təkrar emala yönləndirilib: “Aksiyanın yay mövsümündən başlanılması xüsusi önəm kəsb edir. Çünki bu mövsümdə plastik butulkalardan istifadə artır, nəticədə plastik tullantıların da sayı çoxalır. İstifadə edilmiş plastik butulkaları çeşidləyib təkrar emala yönəltməklə ətraf mühitin təmizliyinin qorunmasına töhfə verən bütün vətəndaşlara təşəkkürümüzü bildiririk. Qarşıdan gələn aksiyalarda da hamını belə fəal olmağa səsləyirik”.

Loading...
Yazının davamı reklamdan sonra

S.Məmmədovanın sözlərinə görə, növbəti aksiya Sumqayıtda keçiriləcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button