Top.Mail.Ru

GÜNDƏM

Nazir: “Rusiya və Ukrayna arasında hərbi münaqişə qiymətlərin artımına səbəb oldu”

Qlobal miqyasda ilk növbədə enerji daşıyıcılarının qiymətinin artması gübrəni bahalaşdırdı ki, bu da öz növbəsində ərzaq məhsullarının, taxılın qiymətlərinin artmasına gətirib çıxardı.

KAİM.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, digər tərəfdən Rusiya və Ukrayna arasında hərbi münaqişə, nəqliyyat-logistika problemlərini daha da gərginləşdirdi ki, bu da nəticədə qiymətlərin artımına səbəb oldu.

Loading...
Yazının davamı reklamdan sonra

“Bununla yanaşı, xarici faktorlar hesabına dünya miqyasında formalaşan qiymət artımları Azərbaycana da sirayət edib. Çünki bir çox məhsullar ölkəyə idxal olunur və sözsüz ki, bunun mənfi təsirlərini də biz hazırda yaşayırıq”, – Samir Şərifov qeyd edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button