Top.Mail.Ru

GÜNDƏM

İşğaldan azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatları üçün Britaniya şirkəti ilə müqavilə imzalanıb

İşğaldan azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatı vaxtı havadan tədqiqat üçün Britaniyanın “RPS Energy Ltd.” şirkəti ilə müqavilə imzalanıb.

KAİM.az xəbər verir ki, bunu ANAMA sədri Vüqar Süleymanov deyib.

O bildirib ki, tədqiqatçılar hazırda dronlarla və müxtəlif cihazlarla əraziləri tədqiq edir: “Tədqiqatların nəticəsi süni intellekt vasitəsilə emal olunur. Bu da minatəmizləyənlərin işinin asanlaşdırılması üçün xüsusi önəm daşıyır”.

Loading...
Yazının davamı reklamdan sonra

Sədr qeyd edib ki, 18 ədəd minatəmizləyən maşın alınıb və azad olunmuş ərazilərdə təmizləmə işlərinə cəlb olunub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button