Top.Mail.Ru

GÜNDƏM

UNESCO-da müharibə zamanı zərər çəkən mədəni irsin vəziyyəti müzakirə olunub

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərlinin rəhbərlik etdiyi nümayəndə heyəti Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması üzrə “ad hoc” alt komitənin iclasında iştirak etmək məqsədilə UNESCO Baş qərargahının yerləşdiyi Paris şəhərinə səfər edib.

KAİM.az xəbər verir ki, Dövlət Xidmətindən verilən məlumata görə, iclasda “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının İkinci Protokolunun implementasiyasının monitorinq və nəzarət mexanizmlərinin gücləndirilməsi, eləcə də sözügedən mexanizmlərin gələcəkdə effektiv tətbiqi istiqamətində müzakirələr aparılıb.

İclasda Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəsi Elman Abdullayev də iştirak edib.

Loading...
Yazının davamı reklamdan sonra

Nümayəndə heyəti tərəfindən ölkəmizin mövqeyi iclas iştirakçılarının diqqətinə çatdırılıb. İclasın gündəliyində müzakirə edilən mövzu ilə bağlı müvafiq şərhlər verilib və təkliflər irəli sürülüb.

Qeyd edək ki, Azərbaycan Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması üzrə Komitəyə 2021-ci ilin dekabr ayında keçirilən İkinci Protokola Tərəf Ölkələrin 9-cu iclası zamanı yekdil qərara əsasən seçilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button