Top.Mail.Ru

GÜNDƏM

Prezidentin xüsusi nümayəndəsi: “Şuşanın infrastrukturunun inkişafı ilə bağlı yeni layihələr həyata keçiriləcək”

“Şuşanın bərpası işləri il yarımdan çoxdur, davam edir. Tarixi obyekt kimi bərpa olunur, yeni infrastruktur qurulur”.

KAİM.az xəbər verir ki,, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin Şuşa üzrə xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

“Üç məsciddə və bir sıra digər tarixi yerlərdə işlər davam etdirilir. Şuşada həmçinin ilk yaşayış kompleksinin tikintisinə də başlanılıb. Yaxın gələcəkdə şəhərin infrastrukturunun inkişafı üçün daha bir neçə yeni layihə həyata keçiriləcək, bunlar elektrik təchizatının yaxşılaşdırılması, su təchizatı və kanalizasiya şəbəkələrinin yaradılmasıdır. Onların layihələndirilməsi tamamlanma mərhələsindədir və yaxın vaxtlarda bu istiqamətdə işlərə başlanılacaq”, – A.Kərimov qeyd edib.

Loading...
Yazının davamı reklamdan sonra

O, Şuşada beşulduzlu otelin tikintisinin sürətlə davam etdiyini, yeni otellərin də tikiləcəyini vurğulayıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button