Top.Mail.Ru

GÜNDƏM

İran öz ampulasındadır – ERMƏNİSTANA GEDƏN TIRLARIN ARASI KƏSİLMİR

İran Ermənistana növbəti dəfə humanitar yardım göndərib. Bu barədə məlumat Ermənistan KİV-də yer alıb. Məlumata görə, rəsmi Tehran bu yardımı Nurduz gömrüyü vasitəsi ilə həyata keçirib. Buna dair Təbriz-Mərənd yolu və digər istiqamətlərdə görüntülər qeydə alınıb! Əsasən ərzaq məhsullarından ibarət yardımın artıq Ermənistana çatdığı deyilir.

Deməli, rəsmi Tehranın qeyri-adekvat mövqeyi davam edir. Dildə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini desələr də, əməlləri tamam fərqlidir.

KAİM.az xəbər verir ki, Vətəndaş və İnkişaf Partiyasının(VİP) sədri Əli Əliyev cənub qonşumuzun düşmənə yardımı ilə bağlı “Sherg.az”a danışıb. O, düşünür ki, məsələyə soyuqqanlı yanaşmaq lazımdır:

Loading...
Yazının davamı reklamdan sonra

“İran Ermənistanla ənənəvi münasibətlərini qoruyub saxlamaq istəyir. Çünki Ermənistan İranla quru sərhədlərinə malik yeganə xristian ölkədir. Yəni rəsmi Tehran beynəlxalq imicini qorumaqdan ötrü belə edir.

Lakin nəzərə almaq lazımdır ki, bu, təzyiq nəticəsində olsa belə, İranın hərbi əməliyyatlarla bağlı mövqeyi bizi qane edir.

O, rəsmi səviyyədə Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Üstəlik, Ermənistan elə bir vəziyyətdədir ki, heç bir kömək onu “bataqlıqdan” çıxara bilməz. Yəni yardım simvolik xarakter daşıyır. Həm də İran müstəqil dövlətdir, öz maraqları, mövqeyi var. Biz onun xarici siyasətinə müdaxilə edə bilmərik. Lakin, əlbəttə, qınamalı, iradımızı bildirməliyik. Bir sözlə, narazalığımızı göstərməli, amma narahat olmamalıyıq”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button