Top.Mail.Ru
GÜNDƏM

66 il əvvəl SSRİ-nin Ermənistana verdiyi torpaqlar Azərbaycana qaytarıldı-ERMƏNİLƏR ŞOKDA

Zəngəzur istiqamətində dövlət sərhədinin yenidən çəkilməsi nəticəsində Qubadlının Şahverdilər kəndinin bir hissəsi Azərbaycan ərazisinə düşüb.

KAİM.Az xəbər verir ki, Azərbaycan hərbçiləri hazırda bölgədə sərhədin müəyyənləşdirilməsi işini həyata keçirirlər.

“News.am” saytı sərhədin müəyyənləşdirilməsi zamanı ermənilərdən birinin evinin Azərbaycan ərazisinə düşdüyünü yazıb.

Azərbaycan hərbçiləri burada yaşayan ermənilərə evi boşaltmaq haqqında xəbərdarlıq edib.

“Azərbaycanlılar GPS ilə sərhədləri müəyyənləşdirməyə davam edir. Evlərdən biri Azərbaycan ərazisinə düşüb. Dedilər ki, “bu bizim ərazimizdir”, biz razılaşmadıq. Hazırda Rusiya sərhəd xidmətinin rəisi məsələsi yuxarılarla müzakirə edir, yalnız bundan sonra bəlli olacaq”, – deyə Vorotan (Şahverdilər) qəsəbəsinin icma rəhbəri Surik Ohancanyan bildirib.

Qeyd edək ki, Bərgüşad çayı üzərində yerləşən Şahverdilər kəndi 1954-cü ildə SSRİ dövründə Ermənistana verilib.

Kənan

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button