Top.Mail.Ru

GÜNDƏM

Solt-Leyk-Siti şəhərində “Şuşa İli”nə həsr olunmuş Azərbaycan guşəsi təqdim edilib – FOTO

ABŞ-ın Yuta ştatının Solt-Leyk-Siti şəhərində keçirilən Yay Rəqs Festivalında ölkəmizi Yuta-Azərbaycan Dostluq Təşkilatı təmsil edib.

KAİM.az-ın məlumatına görə, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Yuta-Azərbaycan Dostluq təşkilatının rəhbəri Əsmər Qarayevanın təşkilatçılığı ilə festival çərçivəsində “Şuşa İli”nə həsr olunmuş Azərbaycan guşəsi yaradılıb. Guşədə ölkəmizin qədim tarixini, zəngin mədəniyyətini, milli rəqslərini, adət-ənənələrini və mətbəxini əks etdirən kitablar, fotomateriallar, milli geyimlər, suvenirlər və nümunələr nümayiş etdirilib.

“Əziz Şuşa, biz qayıtdıq!” şüarlı plakatlarla soydaşlarımız Azərbaycanın əzəli torpağı olan Qarabağın işğaldan azad olunmasına, erməni vandalizmi nəticəsində qədim şəhərimizdə dağıdılmış tarixi, dini və mədəni abidələrə diqqəti cəlb ediblər.

Loading...
Yazının davamı reklamdan sonra

Festival iştirakçıları və qonaqlar Azərbaycan guşəsinə böyük maraq göstəriblər. Onlar Əsmər Qarayevanın hazırladığı milli təam nümunələrini yüksək qiymətləndiriblər. Ziyarətçilərə mədəniyyət paytaxtımız Şuşa barədə ətraflı məlumatın əks olunduğu broşürlər təqdim edilib.

Qeyd edək ki, festivalda 20-dən artıq ölkənin mədəniyyəti və rəqsləri nümayiş etdirilib.

yuta

Bənzər yazılar

Back to top button