Top.Mail.Ru

GÜNDƏM

Erməni silahlılarının kvadrokopteri Şuşada uçuşlar keçirməyə cəhd göstərib – VİDEO

Avqustun 13-ü saat 10:30 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinə məxsus kvadrokopter Şuşa şəhəri ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərib.

KAİM.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar edilən kvadrokopter xüsusi üsulla endirilərək ələ keçirilib.

Loading...
Yazının davamı reklamdan sonra

Bənzər yazılar

Back to top button