Top.Mail.Ru

GÜNDƏM

Azad edilən ərazilərdə daha 327 mina aşkarlanıb – FOTO

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

KAİM.az xəbər verir ki, ANAMA-dan verilən məlumata görə, avqustun 8-dən 13-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 134, tank əleyhinə 193 mina və 39 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 685 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Loading...
Yazının davamı reklamdan sonra

Bənzər yazılar

Back to top button