Top.Mail.Ru
GÜNDƏM

Erməni əsgər valideynləri ayağa qalxdı: “Türklərə yolları açın” – VİDEO

KAİM.az xəbər verir ki, Ermənistanda itkin düşmüş əsgər və hərbçilərin valideynləri itkin düşən övladlarının axtarışındadırlar. Valideynlər bir yerə toplaşaraq, müxalif qüvvələrdən dayanmağı, səlahiyyətlilərdən isə türklərə yol açmalarını tələb ediblər.

“Oradakı övladlarımızdan xəbərimiz yoxdur. Vəziyyətləri necədir, yaralıdılar, bəlkə də, uşaqlarımızı sağ geri qaytara bilərik. Nə baş verir? Özünüzə gəlin! Kreslo uğrunda mübarizə aparanlar, kreslo sizə qalsın!

Bu milləti hakimiyyət uğrunda apardığınız davaya qatmayın bizə övladlarımız lazımdır. Türklərə yolu açın, qoyun, uşaqlarımızı qaytarsınlar”, – erməni əsgər atası Roman Qevorkyan bildirib.

“Əsirlərin sərbəst buraxılmamasında günah sizdədir, bütün bunlara görə cavab verəcəksiniz. Bu gün hamımız yasdayıq, Yerablurda hər gün əsgərlər dəfn olunur, heç olmasa, insan olun, hakimiyyət uğrunda mübarizəni dayandırın!”, – o vurğulayıb.

Roman Qevorkyan 20 yaşlı oğlundan oktyabrın 5-dən xəbər almadığını bildirib. Valideynlər axtarış işlərinin müxalifətin siyasi hərəkətləri səbəbindən təxirə salındığından əmindirlər.

BAKU.TV

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu
Close
Back to top button