Top.Mail.Ru

GÜNDƏM

SON DƏQİQƏ! Ordumuzun Laçından sonrakı hədəfi BƏLLİ OLDU – Ali Baş Komandanın əmri ilə…

“Laçın şəhər mərkəzinin, Zabux və Sus kəndlərinin tamamilə ermənilərdən təmizlənməsi və ordumuzun nəzarətinə keçməsi ilə işimiz hələ tam bitməyib. Bu böyük hadisədən sonra hədəf Xankəndi, Xocalı, Xocavənddir”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Xocalıdan seçilən deputatı Elman Məmmədov bildirib.

Onun sözlərinə görə, Laçının tam azad olunmasından sonra Azərbaycan yeni hədəflərinə doğru irəliləyəcək: “Məqsədə çatmaq üçün cənab Prezidentin, müzəffər Ali Baş Komandanın növbəti tapşırıq və göstərişləri xalqımız və ordumuz tərəfindən səbirsizliklə gözlənilir”.

E.Məmmədov hesab edir ki, Azərbaycan bayrağı Laçınla yanaşı, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan digər ərazilərdə də dalğalanacaq. Sadəcə olaraq zamana ehtiyac var.

“Azərbaycan ərazisində sonuncu separatçı, cinayatkar zərirsizləşdirilənə qədər biz əməliyyatları davam etdirəcəyik. Ərazimiz bu yaramaz, arzuolunmaz ünsürlərdən təmizlənəcək. Azərbaycan suveren, müstəqil dövlət kimi öz ərazilərini tamamilə separatçılardan təmizləyəcək. Hələlik müəyyən səbəblərdən 30 il ərzində öz ərazimizdə kök salmış separatçılar, cinayətkarlar mövcuddur. Adını çəkdiyimiz əraziləri erməni terrorçularından təmizləyəcəyik. Buna əmin ola bilərsiniz. Orada bir terrorçu da qalmayacaq. Həmin ərazilər yenidən Azərbaycanın tam nəzarətində olacaq. Sadəcə bu məqsədə çatmaq üçün müəyyən qədər zamana ehtiyacımız var. Cənab Prezident nəyi, nə zaman və necə edəcəyini yaxşı bilir. Biz 44 günlük Vətən müharibəsini qələbə ilə başa vurandan sonra bütün bu sözlər, deyilən fikirlər dəfələrlə öz təsdiqini tapıb. Bir sözlə, yaxın gələcəkdə Ali Baş Komandanımızın rəhbərliyi ilə digər hədəflərimizə də çatacağıq. Bizi qarşıda yeni qələbələr gözləyir”, – deyə parlament üzvü vurğulayıb.

Xatırladaq ki, avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürülüb. Laçının tamamilə azad olunmasından sonra Qarabağ separatçıları təşvişə düşüblər. Onlar Azərbaycan Ordusunun tezliklə Xankəndi, Xocalı və digər ərazilərdə də nəzarəti ələ alacağı günü qorxu ilə gözləyirlər.

Bənzər yazılar

Back to top button