Top.Mail.Ru

GÜNDƏM

SON DƏQİQƏ! Xankəndidə milyarder iş adamına “nazir” vəzifəsi VERİLİR – Arutyunyanın DOSTUDUR

Xankəndiyə gələn Rusiyada fəaliyyət göstərən erməni iş adamı, milyarder Ruben Vardanyan separatçıların “dövlət naziri” ola bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə İrəvanda nəşr olunan “Hraparak” qəzeti yazır.

Nəşr Vardanyanın Rusiya vətəndaşlığından imtina etdiyini və Xankəndidə məskunlaşmaq qərarına gəldiyini bildirir. Qəzet onun Xankəndidə “adi status”da olmayacağını, “idarəetmə sistemi”ndə yer alacağını iddia edir.

Həmin iddiaya görə, o, “dövlət naziri” təyin olunacaq və bu “post”da Artak Beqlaryanı əvəz edəcək.

 

“Hraparak” Vardanyanın separatçıların başçısı Araik Arutyunyanla yaxın əlaqədə olduğunu da bildirir.

Qeyd edək ki, Ruben Vardanyan işğal dövründə həmişə Azərbaycan ərazilərindəki separatçılarla əlaqədə olub. O, Livan, Suriya və digər ölkələrdən erməni ailələrinin qanunsuz şəkildə Azərbaycanın işğal edilmiş ərazilərində yerləşdirilməsinin əsas təşkilatçılarından və maliyyə mənbələrindən biri olub. Bir neçə gündür Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki Xankəndidə peyda olan Vardanyan bölgədə separatizmi qızışdıracaq mesajlar verməyə başlayıb.

Bənzər yazılar

Back to top button