Top.Mail.Ru

GÜNDƏM

SON DƏQİQƏ! Paşinyan Şuşa ilə bağlı əhaliyə MÜRACİƏT ETDİ – “Birbaşa söz verirəm ki…”

Ordu ilə bağlı, bilirsiniz ki, cinayət işləri araşdırılır. Məncə, araşdırmaların nəticəsində bəlli olacaq ki, müharibənin başqa nəticəsi də ola bilərdi.

KAİM.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Vladivostokda erməni icması ilə görüşündə deyib.

“Ermənistanda siyasi proseslərin başlanması, hakimiyyət dəyişikliyinin baş verməsi üçün müharibənin bu nəticəsində maraqlı olan və belə olmasını istəyən qüvvələr var idimi? İndi faktlar ortaya çıxır. Bəzi məsələlər mənim üçün aydınlaşır”, – Paşinyan bildirib.

O, bu suallara cavab tapmaq üçün aidiyyəti qurumların obyektiv olacağına ümid etdiyini bildirib. “2020-21-ci illərdə bəzi insanlar belə bir fikir yaratmağa çalışdılar ki, hökumət və şəxsən mən müharibənin nəticəsini ört-basdır etmək istəyirik, əksinə, hakimiyyət həqiqətin üzə çıxmasında maraqlıdır, indi isə konkret addımlar atılır. İndi isə eyni adamlar deyir: hökumət ordunu günahlandırmağa çalışır. Orduya nə atmaq istəyirik?Mənim başa düşmədiyim hallar yaranır. Komandirlərin elə əmrləri olub ki, nə siyasi, nə mənəvi, nə də hərbi cəhətdən başa düşə bilmirəm”, – Paşinyan bildirib.

 

Paşinyan Şuşadakı məğlubiyyətdən də danışıb: “Yadınızdadırmı, deyirdilər ki, hökumət Şuşanı satıb. İndi bununla bağlı cinayət işi başlanıb, bir nəfər tutulub. İndi tutulan şəxsi müdafiə edirlər. İndi başa düşə bilmirəm ki, Şuşanı kim satıb, həbs ediləni niyə qoruyurlar? Müharibədən əvvəl qılınc yelləyirdiniz, yoxsa həqiqətlə maraqlanmırsınız, xalqın seçdiyi hökuməti divara dirəyib, gülləbaran etmək sizə maraqlı idi? İndi birbaşa söz verirəm ki, bu mövzu bağlanmayacaq. Müharibə haqqında həqiqəti açmaqda hökumətdən daha maraqlı qüvvə yoxdur.

Müharibənin ertəsi günü istefamı tələb etdilər, dedilər ki, Şuşanı təhvil vermişik, indi təhvil-təslim şəraiti üzə çıxıb, həbs olunanlar var. Bizi ittiham edənlər həbs olunanları müdafiə edirlər. 2018-ci ildən orduya külli miqdarda vəsait xərcləmişik, bu gün belə çıxır ki, verilən vəsaitlər lazım olan yerə çatmayıb.
Hərdən elə təəssürat yaranır ki, o adamlar mənim əmrlərimlə deyil, öz bildikləri kimi hərəkət ediblər. Bundan böyük xəyanət varmı? Bu məsələdə güzəşt olmayacaq, ordudan oğurluq edən heç bir general bağışlanmayacaq, istər general, istər çavuş, istər baş nazir, istər prezident, istər nazir olsun”.

Bənzər yazılar

Back to top button