Top.Mail.Ru

GÜNDƏM

Nazir Anar Kərimov Fatma Sönməzlə görüşüb

Mədəniyyət naziri Anar Kərimov Türkiyənin “Əhməd Yəsəvi Kültür Dərnəyi” İctimai Birliyi İdarə heyətinin rəhbəri Fatma Sönməzlə görüşüb.

Türk dünyasının görkəmli ziyalısı F.Sönməzi səmimi salamlayan nazir istər işğal dövründə, istərsə də tarixi Zəfərimizdən sonra Azərbaycanın tarixi torpaqları Qarabağın, Şuşanın beynəlxalq ictimaiyyətə tanıdılmasında gördüyü əvəzsiz işlər üçün ona dərin təşəkkürünü bildirib, həmçinin “Şuşa 270” döş nişanı ilə təltif edib.

Dəvət üçün mədəniyyət nazirinə minnətdarlığını bildirən F.Sönməz bundan sonrakı fəaliyyətində də türk dünyası naminə yorulmadan çalışacağını qeyd edib.

A. Kərimov qonağa fəaliyyətində uğurlar və möhkəm can sağlığı arzulayıb.

Bənzər yazılar

Back to top button