Top.Mail.Ru

GÜNDƏM

Kanadalı deputat Ermənistanın təxribatı ilə bağlı icma üzvlərimizin müraciətinə cavab verib

Kanada parlamentinin üzvü Len Uebber ölkəmizin sərhədində Ermənistanın hərbi təxribat törətməsi ilə bağlı Alberta-Azərbaycan Mədəniyyət Cəmiyyətinin (ALACS) icraçı direktoru Səbinə İsgəndərovanın müraciətinə cavab verib.

Qanunvericilik orqanında Kalqari Konfederasiyasını təmsil edən deputat öz seçicisinin Azərbaycana qarşı Ermənistanın törətdiyi təxribatla bağlı narahatlığını bölüşdüyünü bildirib:

“Əziz Dr. İsgəndərova,

Müraciətiniz üçün təşəkkür edirəm.

Sizin kimi, mühafizəkarlar da Azərbaycan və erməni xalqlarının təhlükəsizliyinə görə dərindən narahatdır.

Davam edən münaqişə ucbatından region əhalisinin hər gün üzləşdiyi çətinliklər onu təsdiqləyir ki, hamımızın bəhrələndiyi və çox vaxt adi hal kimi qəbul etdiyimiz imkanları və azadlıqları təmin edə bilən ölkənin bir hissəsi olduğumuz üçün bizim həqiqətən bəxtimiz gətirib.

Mühafizəkar həmkarlarım və mən bundan sonra da region xalqlarının təhlükəsizliyinin təmin olunması naminə Kanada hökumətini qlobal ictimaiyyətlə əməkdaşlıq etməyə çağıracağıq”.

Bənzər yazılar

Back to top button