Top.Mail.Ru

GÜNDƏM

SON DƏQİQƏ! Bakıdan Parisə XƏBƏRDARLIQ: Neft-qaz müqavilələri LƏĞV EDİLİR?

“Bizim də Fransaya qarşı tutarlı addımlarımız müşahidə olunmalıdır. İlk növbədə, cənab prezident İlham Əliyevin Əlcəzairə səfəri zamanı bu ölkədə Fransanın törətdiyi soyqırımı cinayəti və insanlıq, bəşəriyyət əleyhinə olan cinayətlərə dair xatirə kitabındakı qeydləri və bu barədə ölkə başçısının ifadə etdiyi fikirlər tutarlı arqumentlərdir. Digər tərəfdən, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın YUNESKO-dakı sülhməramlı səfir statusunun ləğv edilməsi ilə bağlı qurumun baş katibinə göndərdiyi məktub da adıçəkilən təşkilatın, Fransa prezidenti Emmanuel Makronun, eləcə də Fransanın ikili standartlar siyasəti ilə çıxış edən, qərəzli yanaşmasına diplomatik dillə etiraz idi. Eyni zamanda, biz Xarici İşlər Nazirliyinin bəyanatını və Milli Məclisin qətnaməsini də nəzərə almalıyıq”.

Ekspert bildirib ki, bu qətnamədə bir sıra məsələlərə toxunulur:

“Neft-qaz müqavilələrinin ləğv edilməsi, Fransanın iş adamlarının və məmurlarının Azərbaycanla əlaqələrinin kəsilməsinə yönəlik çağırışlar və tövsiyyələr var. Ona görə, əgər münasibətlər daha da ziddiyətləşərsə, Fransadakı qətnamə başqa bir müstəviyə qalxarsa, bu addımlar da atıla bilər. Mənə elə gəlir ki, rəsmi Bakının məhz Milli Məclis səviyyəsində qəbul etdiyi qətnamə xəbərdarlıq mahiyyəti daşıyır. Bu məsələlər istənilən vaxt öz həllini tapa bilər. Bu xüsusda Fransanın tərkibindəki müstəmləkələrin müstəqil subyekt kimi tanınması, eyni zamanda, Fransaya qarşı de-marş fəaliyyətinin genişləndirilməsi də müşahidə oluna bilər. Mənə elə gəlir ki, rəsmi Bakı çox kəskin və radikal addımlar atmırsa, bu o deməkdir ki, Ermənistanın və Fransanın hansı addımlar ata biləcəyi addımları əvvəlcədən müəyyənləşdirmək məqsədi qoyulub. Yəni həmin addımlara uyğun olaraq adekvat cavab tədbirlərinin görüləcəyi şübhəsizdir”.

Bənzər yazılar

Back to top button