Top.Mail.Ru

GÜNDƏM

SON DƏQİQƏ: Putindən TƏCİLİ ƏMR – ABŞ-ın qorxduğu BAŞINA GƏLDİ

Rusiya bu yaxınlarda “Satana-2” (Şeytan-2) kimi tanınan “Sarmat” raketini uğurla sınaqdan keçirib.

KAİM.az “Daily Mail”ə istinadla xəbər verir ki, bunu Rusiyanın strateji raket qüvvələrinin komandanı, general-polkovnik Sergey Karakayev dünən keçirilmiş hərbi konfransda açıqlayıb.

Karakayev Rusiya qüvvələrinin “Avanqard” hipersəs raketlərinin ikinci hissəsini almağa hazırlaşdığını da bəyan edib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bu yaxınlarda ilin sonuna qədər “Satana-2” hipersəs nüvə raketinin ikinci sınağına dair təcili göstəriş verib.

Putinin verdiyi göstərişdən sonra ABŞ hərəkətə keçib. Belə ki, Amerika donanmasına aid yeni döyüş gəmilərinin nüvə silahı imkanlarının artırılması ilə bağlı tənzimləmə həyata keçirilib.

WhatsApp Image 2022-11-19 at 13.41.42.jpeg (83 KB)

Rusiyanın dünyanın digər ucundakı hədəfləri vura bilən ölümcül silahı olan “RS-28 Sarmat” raketi İngiltərənin paytaxtı Londona çata biləcək mənzilə sahibdir. Yəni Rusiya çəkindirici güc çərçivəsində sözügedən raketlə bütün Avropa paytaxtlarını vurmaq gücünə malikdir.

Qərb mətbuatının yazdığına görə, ABŞ-da da həmin raketin məsafəsindədir.

Qeyd edək ki, “Satana-2” Ukrayna müharibəsi başlayandan bəri ABŞ və Qərbin ən böyük qorxularından biridir.

Hökumətlər uzun müddətdir ki, bu ölümcül silahı necə dayandırmaq barədə planlar hazırlayır.

Rusiya bu qorxunun fərqində olduğu üçün “Satana-2” uzun müddət Kremlə bağlı media tərəfindən təbliğat vasitəsi kimi istifadə olunur. Rusiyalı siyasətçi Aleksey Juravlyov bir müddət əvvəl Moskvanın sözügedən hipersəs raketi ilə Britaniyanı cəmi bir neçə dəqiqəyə, Finlandiyanı isə on dəqiqəyə məhv edəcəyi ilə hədələmişdi.

WhatsApp Image 2022-11-19 at 13.40.33 (1).jpeg (26 KB)

Musavat.com bildirir ki, “Satana-2” İkinci Dünya Müharibəsi zamanı ABŞ-ın Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atdığı atom bombalarından 2000 dəfə güclüdür.

Raketin xüsusiyyətləri aşağıdakı kimidir:

ÇƏKİ: 210 ton

ENİ: 34.7 metr

UZUNLUĞU: 30 metr

SÜRƏT: 25 min 750 km/saat

BAŞLIQ: 15 çoxlu döyüş başlığı

MƏNZİL: 17 min 700 km/saat //Musavat.com

Bənzər yazılar

Back to top button