Top.Mail.Ru

GÜNDƏM

SON DƏQİQƏ: Putinin səfərindən öncə Moskvadan İrəvana ZƏRBƏ

Rusiya prezidenti Vıadimir Putin bu gün Ermənistana səfər edəcək.

KAİM.az Publika.az istinadən xəbər verir ki, Putinin səfərinin məqsədi sabah KTMT-nin İrəvanda keçiriləcək iclasında iştirakdır.

Rusiya prezidentinin Ermənistanın baş naziri Nikol Paşinyanla təkbətək görüşü də gözlənilir.

Görüşdən öncə Rusiyanın Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçevin açıqlaması Ermənistanda narahatlıqla qarşılanıb.

K.Kosaveç “KTMT-nin Azərbaycanla münaqişədə Ermənistana hərbi yardım göstərə biləcəyi” ilə bağlı suala cavabında bildirib ki, bu münaqişədə yalnız bir tərəfi dəstəkləmək, problemi daha da çətinləşdirməyə xidmət edərdi: “Sülh yolu ilə nizamlanmaya nail olmaq üçün bütün tərəflərə kömək etmək lazımdır”.

KTMT-nin İrəvanda keçiriləcək iclasından və Putinin səfərindən öncə Rusiyadan belə bir açıqlamanın verilməsi Ermənistan üçün “soyuq duş” effekti yaradıb. Rəsmi İrəvan KTMT-nin iclasında “Azərbaycanın hücumu” iddialarını yenidən gündəmə gətirməyi planlaşdırır, lakin Kosaveçin açıqlaması deməyə əsas verir ki, bu arzuları elə arzu olaraq qalacaq.

Bənzər yazılar

Back to top button