Top.Mail.Ru

GÜNDƏM

Vardanyan yeni separatçı komanda QURUR – “Proses”də Moskva DETALI

Xankəndidəki separatçı rejimin nümayəndəsi Ruben Vardanyan Rusiyaya gedəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır.

Erməni nəşri Vardanyanın yeni separatçı komandanın formalaşdırılması ilə əlaqədar Moskvaya gedəcəyini bildirir.

Qəzet dünən separatçı komandanın doqquz “nazir”inin baş separatçı Araik Arutyunyan tərəfindən istefaya göndərilməsinə diqqət çəkir və qeyd edir ki, buna göstəriş verən də Vardanyan olub.

Nəşr bu gün Moskvaya gedəcək Vardanyanın yeni “komanda” formalaşdırmağa başladığını iddia edir.

Artıq “xarici işlər naziri” postuna namizədlər də var. Mənbə bildirir ki, Vardanyan bu “post”a Ermənistanın keçmiş xarici işlər nazirləri Vardan Oskanyan və ya Ara Ayvazyanı gətirmək istəyir.

“Ruben Vardanyan yeni komandanı yerli ermənilər hesabına formalaşdırmaq istəyir. Amma bu alınmasa, kadrları ya Ermənistandan, ya da xaricdən gətirməyə çalışacaq”, – məlumatda vurğulanır.

Bənzər yazılar

Back to top button