Top.Mail.Ru
GÜNDƏM

Razılaşmaqdan başqa yol QALMADI – İran Türkiyə qarşısında GERİ ÇƏKİLDİ

KAİM.az Teleqraf.com-a istinadən xəbər verir ki, Suriya dövlət mediası həm Rusiya, həm də Çindən gələn açıqlamalara geniş yer verərkən, Livan mətbuatında dərc olunan xəbərlərdə Türkiyənin qətiyyətinin ABŞ və İranın münasibətini dəyişdirdiyi qeyd edilib.

Livan nəşri “Əl Əkbər” Türkiyənin İranı geri çəkilməyə məcbur etdiyini yazıb. Qəzet qeyd edib ki, Moskva və Tehran Suriyanın şimalında əməliyyata başlayan Türkiyənin tezislərinin yarıdan çoxunu qəbul edib.

Nəşr Rusiya və İranın davranışlarının dəyişdiyini vurğulayıb: “Suriyada həll yolu uzaqdadır, Türkiyə geri çəkilməyəcək”.

“Əl-Əkbər”ə görə, danışıqlarda qarant olan Türkiyə, Rusiya və İranın maraqları indiki məqamda YPG terrorçuları ilə bağlı mövqeləri üst-üstə düşürmüş kimi görünür.

Livanın “Ən-Nahar” qəzeti isə bildirib ki, Türkiyə Suriyanın şimalından gələn hücumlara cavab verməyə davam edəcəyi barədə Rusiyanı məlumatlandırıb. Nəşr başqa bir xəbərində Əl-Xol düşərgəsinə hava hücumunda 8 YPG terrorçusunun öldürüldüyünü yazıb.

Livanın başqa bir qəzeti “Nida əl-Vətən” Türkiyənin antiterror əməliyyatlarının ABŞ-ı narahat etdiyini, Vaşinqtonun dərhal Ankaranı əməliyyatları dayandırmağa çağırdığını bildirib. Məqalədə diqqət çəkən detallardan biri də terror təşkilatlarının liderlərinin Vaşinqtona Türkiyə qarşısında uğursuzluğa düçar olduqlarını söyləmələri ilə bağlıdır.

Bənzər yazılar

Back to top button