Top.Mail.Ru
GÜNDƏM

TƏCİLİ! Qarabağdakı ASALA terrorçuları İranın ƏMRİNDƏ – fars deputatın Bakıya HƏDƏSİ

Tehrandakı rejim təkcə “Hizbullah”ı deyil, bölgədə erməni terrorizmini də maliyyələşdirir; hədəf kimdir – hərbi və siyasi ekspertlər danışır…

İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Vəhid Calalzadə Azərbaycan rəsmilərinə xəbərdarlıq edib ki, sionistlər və amerikalılar onların ayaqları altına “qovun qabığı” atırlar ki, bundan ehtiyatlı olsunlar.

KAİM.az xəbər verir ki, “Yeni Müsavat” qeyd edir ki, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə bu yöndə Qarabağda İrana bağlı terrorçu qruplaşmaların mövcudluğu ilə bağlı mövzunu gündəmə gətirib. O bildirib ki, İrandakı rejim bölgədə müxtəlif terrorçu və silahlı qruplaşmaları maliyyələşdirir, onlara gizli və açıq dəstək verir. Məqsəd Tehran rejiminin düşmənlərinə və rəqiblərinə qarşı “ortaq mübarizənin” genişlənməsinə nail olmaqdır. Bunların başında “Hizbullah” təşkilatı dayanır. İranın illərdir maliyyələşdirdiyi və silahla təmin etdiyi bu təşkilatın mərkəzi Livandadır.

Eyni zamanda ASALA da Livanda təsis olunaraq Türkiyə və Azərbaycana qarşı fəaliyyətə başlayıb. İran kəşfiyyatının ASALA ilə ilk təmaslarını “Hizbullah” üzərindən qurması istisna deyil. ASALA-nın Livanda digər terrorçu PKK ilə də bağları olub. ASALA SSRİ-nin dağılması ilə Qarabağa keçid almış terror təşkilatıdır. Onlar yerli separatçılarla birləşərək azərbaycanlılara qarşı qətliamlar törətdilər. ASALA üzvləri işğal müddətində də Qarabağda idilər, İranla sərhədə nəzarət edir, narkotik maddələrin Avropaya daşınmasında iştirak edirdilər. ASALA yox olmayıb, Azərbaycan Ordusu bir çoxunun cəzasını verib, ancaq sağ qalanları da var və onların bir qismi Qarabağda, digərləri Ermənistanda səpələniblər. Belələri köhnə əlaqələrdən istifadə edərək İran kəşfiyyatına xidmətlərini də davam etdirirlər.

Qeyd edək ki, ASALA erməni terror təşkilatı, onun rəhbərləri, eləcə də Suriyadan olan erməni mənşəli muzdluların işğal illərində Qarabağa yerləşdiyi haqda məlumatlar yeni deyil.  Məsələn, “Jewish Press”in araşdırması nəticəsində məlum olmuşdu ki, ASALA suriyalı, livanlı və liviyalı silahlıları nəzarətsiz Qarabağ torpaqlarına yerləşdiriliblər, buna aid hətta fotolar da yayılmışdı. Hətta işğaldan azad edilmiş Suqovuşanda ASALA terror təşkilatının bayrağı və müəyyən miqdarda psixotrop həblər də tapılmışdı. Belə məqamda isə iranlı deputatın ABŞ-a xəbərdarlığı təsadüfə oxşamır. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi erməni terrorçuluğu ilə bağlı məxfi hesabatlardan birində yazırdı ki, ASALA-nın bir çox hücumları türklərə qarşı reallaşdırılsa da, ABŞ-ın bəzi obyektləri də daima hədəf olub.

Bütün bu sadalanan faktorları üst-üstə gəldikdə, belə nəticə hasil olur ki, İran bölgədə erməni terrorizminə də yarıaşkar, yarıgizli dəstək verir. Yeri gəlmişkən, bu əməkdaşlığı erməni terrorçusu, ASALA-nın keçmiş üzvü Martiros Jamkoçyan İrəvanın Yerablur məzarlığında olarkən “Hraparak” qəzetinə müsahibəsində də təsdiqləyib. Orada terrorçu və cani Monte Melkonyanla İran xüsusi xidmət orqanları arasında əməkdaşlıq faktlarını açıqlayıb.

Mediada gedən məlumatlara görə, vaxtilə Xomeyninin ASALA tərəfindən Fransada qorunması və onun Tehrana qayıdışı zamanı 1982-ci ilə qədər ASALA-nın himayəsi altında yaşaması faktı ortadadır. ASALA-nın qurucularından biri olan Akop Tarakçıyan Xomeyninin Fransada sürgündə yaşadığı “Neauphle le Chateau” kəndindəki evinin qonağı olub və aralarında möhkəm dostluq yaranıb. Akop onu qorumaq üçün 15 nəfərlik bir dəstəni Xomeyni yaşayan kəndə göndərib. Hər halda, belə iddialar səslənməkdədir.

Xankəndi ermənisindən şok: Rusiyaya birləşəcəyik - Professor Qabil Hüseynli ilə CANLI

Qabil Hüseynli

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, İran xüsusi xidmət orqanları ASALA-nı ələ keçiriblər və onlardan vaxtilə istifadə ediblər: “Bu gün də həmin əlaqələr qalır. Lakin 30-40 illə müqayisədə bu gün ASALA xeyli zəifləyib, ciddi siyasi, maddi dəstək qazana bilmir. İranın bizi təhdid etməsinə gəlincə, bütün bunlar Tehranın ümidsizliyinin əlamətidir. Rejim anlayır ki, Azərbaycana və bölgədə hər hansı dövlətə qarşı addım ata bilməyəcək. Üstəgəl, məlum olub ki, İsrail və ABŞ Aralıq dənizi üzərində hərbi hava qüvvələrinin təlimlərini keçirir. Bu təlimlərlə əsas məqsəd silahdüzəltmə obyektlərini, atom silahı hazırlayan mərkəzləri vurmaq məşqləri sınaqdan keçiriləcək. İranda yaranmış vəziyyət rejim üçün ürəkaçan deyil. Bir yandan daxildə etirazlar ABŞ və İsrail üçün çoxdan həyata keçirə bilmədiyi planları reallaşdırmaq şəraiti yaradıb”. Q.Hüseynli güman edir ki, təxminən 2-3 ay ərzində ABŞ və İsrail hava qüvvələri İrana kütləvi zərbələr endirə bilər: “Özü də bu zərbələr İrandakı mollakratiyaya qarşı nümayişlərin gücləndiyi vaxta təsadüf edəcək. Hesab edirəm ki, molla rejiminin sonu yaxınlaşır, daxili qüvvələrlə xarici güclərin mövqeləri üst-üstə düşür, bu da İranda inqilabi dəyişikliklərin olacağı ehtimallarını gücləndirir. Ona görə bizə yönəlik təhdidlər əlacsızlıqdandır”.

hərbi ekspert Ramil Məmmədli Archives » BAYRAQDAR MEDİA

Ramil Məmmədli

Hərbi ekspert Ramil Məmmədli isə qəzetimizə açıqladı ki, İranın Yaxın Şərqdə qeyri-qanuni silahlı birləşmələri dəstəkləməsi faktı az deyil: “Livan, Fələstin, Qəzza bölgəsində, Suriya, Yəmən və İraqda belə terrorçu silahlı qruplara həmişə dəstək verir. Eyni zamanda İranın ermənilərlə də ortaq məqsədləri Yaxın Şərqlə bağlı olub. Yəni həm Avropada, həm Yaxın Şərqdə İran ermənilərlə dərin əlaqələr qurublar. Bu əlaqələrin yaranmasında İranda yaşayan ermənilərin də rolu az olmayıb”. Hərbi analitikin sözlərinə görə, İranın ASALA, eləcə də “Krunq” terror təşkilatı ilə də əməkdaşlığı haqda faktlar məlumdur: “Sonra Qarabağın talanmasında bu təşkilatlar İran üçün münbit şərait yaratdı. Ona görə həm ASALA, həm “Krunq”un SEPAH-la əməkdaşlığının olması sirr deyil. Hətta terrorçu Monte Melkonyan fars dili üzrə mütəxəssis olub, bir müddət Tehranda yaşayıb, İranda erməni gənclərinə dərs keçirmiş. Ona görə İran rejimi ilə erməni terroristlərinin əlaqələri olub. Lakin İranın bizə qarşı hədə-qorxu dolu bəyanatları heç bir nəticə verməyəcək. Tehran hakimiyyəti görür ki, Azərbaycan heç bir məsələdə onları cavabsız qoymur. Prezidentin mesajları, təlimlərə təlimlə cavab… Odur ki, Tehranda oturanlar yaxşı düşünməlidirlər”.

Fuad Əliyev: Həbslər davam olunacaq

Fuad Əliyev

ALDP sədri Fuad Əliyevin fikrincə, İranın replikaları öz aləmində Azərbaycana yox, İsrail və Qərbə tuşlanıb: “Lakin hələ də anlamırlar ki, Azərbaycandan platsdarm kimi Tehran əleyhinə istiufadə olunmasına imkan verilməyəcək. Hətta bu gün olan gərginliyə baxmayaraq, Azərbaycan dövləti bu addımı atmaz, bizim orada 40 milyon türkümüz yaşamaqdadır. Odur ki, İran təhlükəni başqa ünvanda axtarsın, təhdidlərini də başqa yerlərə yağdırsın. Çox əfsuslar olsun ki, Rəisi administrasiyası bütün körpüləri yandırdı, düşmənçilik toxumu səpdi və əlaqələrin düzəlməsi üçün indiki vəziyyətdə əl yeri qoymadı. Biz qonşu dövləti bu illər ərzində bütün addımlarda, siyasətimizdə nəzərə alsaq da, İran rejimi ermənipərəst simasını dəyişmədi, heç bir amili nəzərə almadı. Ona görə Azərbaycanda olan inanclı təbəqə də İrana, şiə qardaşlığı məsələsinə baxışını dəyişməkdədir. Bu da yaxşı oldu”. Partiya sədri hesab edir ki, iranlı deputat Vəhid Calalzadənin replikası yersizdir: “Azərbaycan İsrail və ABŞ-la ən yüksək səviyyədə tərəfdaşlıq qurub. Bu əlaqələr isə qətiyyən İrana qarşı yönəlməyib. Tehran yaxşı bilir ki, Bakının Vaşinqton və Tel Əviv siyasəti onların əleyhinə deyil, sadəcə, iftira atmaqda davam edirlər. Ancaq bu gedişlə İran doğurdan da vurulacaq və onda mollalar anlayacaqlar ki, qaçmağa, sığınmağa yerləri qalmayıb. Çünki heç bir müsəlman dövləti onları qəbul etməyəcək. Ona görə Tehran xarici siyasətinə təzədən baxmalıdır: Azərbaycana münasibətdə, Rusiyanı dronla təmin etməkdə, erməniləri silahlandırmaqda, “Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir” deməkdə… Ona görə İran xüsusi xidmət orqanlarının ASALA kimi insanlıq düşməni olan, uşaq qatilləri ilə əməkdaşlıq etməsi istisna deyil. Çünki onlar Yaxın Şərqdə də terrorçu dəstələri himayə edirlər. Eyni zamanda Təbrizdə erməni konsulluğu açmağa hazırlaşan bir rejimdən nə desən gözləmək olar. İnanıram ki, Təbriz camaatı buna layiqli cavab verəcək. Ümumiyyətlə, Təbrizdə erməni konsulluğu açılmasına imkan verilməsini gözləmirəm, əhali üsyan edəcək, o binanı yandıracaq. Ona görə rejim hikkəsini kənara qoyaraq soyuq məntiqlə siyasət yürütməlidir”.

Bənzər yazılar

Back to top button