Top.Mail.Ru
GÜNDƏM

TÜKÜRPƏDƏN CÜMLƏLƏR “Sərxoş rus sülhməramlıları erməni hərbçilərini revanş üçün qızışdırır”-VİDEO

Yeni il gecəsi sosial şəbəkələrdə Rusiya sülhməramlısının təxribat yönlü çıxışının qeydə alındığı video yayıldı.

KAİM.az xəbər verir ki, “Caliber” həmin videonu təqdim edib.

Kadrlarda öz çıxışına “əziz ermənilər” deyərək başlayan hərbçinin onları heç nədən qorxmamağa çağırdığı görünür. Onun sözlərinə görə, rusiyalı hərbçilər buranı “nizama salacaq”, “onlar ermənilərin yanındadırlar” və “xeyir mütləq şərə qalib gələcək”.

Sərxoş hərbçinin nitqindən belə məlum olur ki, “xeyir” – erməni terrorçulardır, “şər” isə Azərbaycan ordusunun qalib əsgərləridir.

Çıxışının sonunda hərbçi erməniləri Laçına qayıtmağa çağırır və bu zaman şəhəri “Berdzor” adlandırır.

Videonun sonunda ehtimal ki, intizam cəzasından qorxan hərbçi əlindəkinin içki deyil, kompot olduğunu deyir.

Şübhə etmirik ki, bu çıxışından sonra qeyri-adekvat hərbçinin Azərbaycan ərazisində qalması məsələsi təkcə onun bilavasitə rəhbərliyi tərəfindən deyil, Bakı və Moskvanın müvafiq strukturlarının xətti ilə də həll olunacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button