GÜNDƏM
“Rus generalları dedilər ki, heç nə bilmərik, bizdən asılı deyil, Şurnux Azərbaycana verilir”

“5 yanvaradək azərbaycanlılara verilən Şurnuxdakı 12 evin sakinləri kəndi i tərk etməlidirlər.”
Kaim.az bildirir ki, Şurnux icmasının kənd administrasiyasının rəhbəri Akob Arşakyan bunu erməni “News-NEWS.am” saytına verdiyi müsahibəsində bildirib:
“Bizə onlara təslim olan əraziləri azad etmək üçün 5 yanvar tarixinə qədər vaxt verildi.Dedilər ki, əks halda kim bu ərazidən keçsə: bir şəxs və ya bir heyvan, hər şey onlara məxsus olacaq” .
Arşakyan deyir ki, rus sülhməramlılarına, generallara köhnə SSRİ xəritəsini göstərib. Orda Şurnux Ermənistanın tərkibindədir.
Onlar dedilər ki, heç nə bilmərik, bizdən asılı deyil, Şurnux Azərbaycana verilir.
İlqar Atayev