Top.Mail.Ru
GÜNDƏM

“Xüsusi əməliyyatın məqsədi Rusiyanı qorumaqdır” – Putin

Rusiyanın Ukraynadakı xüsusi əməliyyatının məqsədi ilk növbədə insanları və Rusiyanı qorumaqdır.
Kaim.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Tatyana Gününə həsr olunmuş tələbələrlə görüşündə deyib. “Xüsusi əməliyyatın məqsədi, dəfələrlə dediyim kimi, ilk növbədə, insanları və Rusiyanın özünü bizə bitişik tarixi ərazilərimizdə yaratmağa çalışdıqları təhlükələrdən qorumaqdır. Biz buna yol verə bilmərik”, – Rusiya lideri deyib. Qeyd edək ki, Leninqrad blokadasının yarılmasının 80 illiyi münasibətilə veteranlarla keçirdiyi görüşdə də Putin Donbası Rusiyanın tarixi ərazisi adlandırıb və bildirib ki, Rusiya xüsusi əməliyyatının məqsədi 2014-cü il dövlət çevrilişindən sonra Kiyevin orada başladığı müharibəni dayandırmaqdır. Aytən Zəhra Kaim.az

:

Bənzər yazılar

Back to top button