Top.Mail.Ru
GÜNDƏM

Finlandiya İsveç olmadan da NATO-ya daxil ola bilər

Finlandiyanın xarici işlər naziri Pekka Haavisto bildirib ki, Stokholmun müraciətinə baxılması gecikərsə, ölkəsi İsveç olmadan NATO-ya üzv olmağa davam etməyə hazırdır.
O, bu barədə “Yle” nəşrinə müsahibəsində danışıb. Haavisto bildirib ki, əgər İsveçin təklifi uzun müddət gecikərsə, Finlandiya NATO-ya üzvlük iddiasını İsveçlə eyni vaxtda irəli sürməyə yenidən baxmalı ola bilər. Eyni zamanda, o qeyd edib ki, Finlandiyanın NATO-ya daxil olma prosesində müstəqil hərəkət edib-etməyəcəyi ilə bağlı mövqe tutmaq hələ tezdir. Nazir hesab edir ki, Finlandiya və İsveç üçün bir nömrəli təhlükəsizlik variantı hələ də hər iki ölkənin eyni vaxtda NATO-ya can atmasıdır. İlkin Nəcəfzadə Kaim.az

:

Bənzər yazılar

Back to top button