Top.Mail.Ru
GÜNDƏM

Naxçıvanda daha bir təyinat

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə yeni sədr təyin olunub.
Kaim.az xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb. Sərəncama əsasən, İlqar Hacıbala oğlu Sadiqov Dövlət Komitəsinə sədr təyin edilib. Azərbaycan Prezidentinin Naxçıvanda səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov bu gün İ.Sadiqovu kollektivə təqdim ediblər. Təqdimat zamanı Naxçıvan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyəti geniş təhlil olunub, buraxılan nöqsanlara diqqət çəkilib, bundan sonrakı fəaliyyət üzrə müvafiq tapşırıqlar verilib. Qeyd edək ki, İ.Sadiqov bu təyinatadək Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi vəzifəsində çalışırdı. Kaim.az :

Bənzər yazılar

Back to top button