Top.Mail.Ru
GÜNDƏM

İranda zəlzələ: 816 nəfər yaralanıb, 3 nəfər ölüb – YENİLƏNİB

İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan əyalətində baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 816 nəfərə çatıb, 3 nəfər ölüb.
Kaim.az İRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Məhəmməd Sadiq Motamedyan məlumat verib.**** İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan əyalətində baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 664 nəfərə çatıb, 2 nəfər ölüb. İRNA agentliyi xəbər verir ki, bu barədə bazar günü vilayətin qubernatoru Məhəmməd Sadiq Motamedyan bildirib. İlkin hesablamalara görə, zəlzələ 2 şəhər və 70-dən çox kəndə ziyan vurub, binaların 50%-ə qədəri dağılıb. Qeyd edək ki, yanvarın 28-də İranın şimal-qərbində 5,9 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri 175 min insanın yaşadığı Hoy şəhərindən 23 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 43 km dərinlikdədir. Şahanə Rəhimli Kaim.az

:

Bənzər yazılar

Back to top button