Top.Mail.Ru
GÜNDƏM

Avtobus dərəyə düşdü: 39 nəfər ölüb

Bazar günü səhər saatlarında Pakistanın Bəlucistan əyalətində avtobusun dərəyə yuvarlanması nəticəsində azı 39 nəfər ölüb. Bu barədə Novosti Geo telekanalı məlumat yayıb.
Lasbela şəhər komissarının köməkçisi Həmzə Ancum bildirib ki, 48 sərnişinlik avtobus Kvettadan Kəraçiyə gedirmiş. “Avtobus sürət həddini aşması səbəbindən Lasbela yaxınlığında dönmə edərkən körpünün dayağına çırpılıb. Bundan sonra avtomobil dərəyə düşüb və alovlanıb”. Ancum əlavə edib ki, qəzadan bir uşaq və bir qadın olmaqla 4 nəfər sağ qalıb və xəstəxanaya aparılıb, cəsədlər yandığından ölənlərin şəxsiyyətini müəyyənləşdirmək çətindir. Qəza yerində axtarış əməliyyatı davam edir. Şahanə Rəhimli Kaim.az :

Bənzər yazılar

Back to top button