İranda zəlzələ: 970 nəfər yaralanıb, 3 nəfər ölüb – YENİLƏNİB 2

İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində baş vermiş zəlzələdə xəsarət alanların sayı 970 nəfərə çatıb.
Kaim.azxəbər verir ki, bu barədə “Tasnimnews” agentliyi məlumat yayıb.Qeyd olunub ki, zəlzələ nəticəsində 3 nəfər ölüb, 973 sakin isə yaralanıb.*** İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan əyalətində baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 816 nəfərə çatıb, 3 nəfər ölüb. Kaim.az İRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Məhəmməd Sadiq Motamedyan məlumat verib.**** İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan əyalətində baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 664 nəfərə çatıb, 2 nəfər ölüb. İRNA agentliyi xəbər verir ki, bu barədə bazar günü vilayətin qubernatoru Məhəmməd Sadiq Motamedyan bildirib. İlkin hesablamalara görə, zəlzələ 2 şəhər və 70-dən çox kəndə ziyan vurub, binaların 50%-ə qədəri dağılıb. Qeyd edək ki, yanvarın 28-də İranın şimal-qərbində 5,9 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri 175 min insanın yaşadığı Hoy şəhərindən 23 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 43 km dərinlikdədir. Şahanə Rəhimli Kaim.az
: