Xaricdə tibb təhsili alan tələbələrə xüsusi təqaüd veriləcək

Azərbaycandan kənarda tibb təhsili alacaq tələbələr üçün rentgenoloq-klinisist, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, tibb elmləri doktoru, əməkdar elm xadimi, professor Rəhim Rəhimova adına xüsusi təqaüdün təsis edilməsi nəzərdə tutulub.
Bu təklif alimin 100 illiyi münasibətilə keçirilən tədbirdə “Tusi” Xeyriyyə Cəmiyyəti tərəfindən irəli sürülüb.
Təkliflər sırasında həmçinin Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda alimə büstün qoyulması, küçələrdən birinin onun adını daşıması, Ordubaddakı xəstəxanalardan birinə R.Rəhimovun adının verilməsi də yer alıb.
Anım tədbirində çıxış edənlər R.Rəhimovun
Azərbaycan səhiyyəsi üçün tibb üzrə elmi-tədqiqat, təşkilati-metodik, eləcə də elmi
kadrların və yüksək ixtisaslaşmış praktik həkimlərin hazırlanmasında öz dəsti-xətti
və imzasınln olduğunu deyiblər.
Qeyd edək ki, 1923-cü ilin martın 23-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda doğulan R.Rəhimov 1974-1989-cu illərdə Milli Onkologiya Mərkəzinin direktoru vəzifəsində çalışıb.