Top.Mail.Ru
GÜNDƏM

“Rusiya ordusunun vəziyyəti faciədir” – General Rutskoy

Rusiya Federasiyasının keçmiş vitse-prezidenti, istefada olan general-mayor Aleksandr Rutskoy Müdafiə Nazirliyinin rəhbərliyini tənqid edib və Ukraynaya qarşı müharibəni “faciə” adlandırıb. O, Rusiya ordusunun strateji hücum əməliyyatları keçirə bilmədiyini bəyan edib.
“Bu cür əməliyyatların keçirilməsi üçün müvafiq silahlı qüvvələrin olması lazımdır. Əgər silahlı qüvvələrin operativ-strateji hücum əməliyyatları aparmaq imkanı yoxdursa, o zaman ölkədən kənara müdaxilə etməmək daha yaxşıdır”,- deyə rus general bildirib. Rutskoy həmçinin vurğulayıb ki, 22 ildir Rusiya silahlı qüvvələrinə heç vaxt orduda xidmət etməyən və klassik hərbi təhsili olmayan şəxslər rəhbərlik edir. “Müdafiə nazirimizin özü və beş müavinindən heç biri ümumiyyətlə orduda xidmət etməyiblər. Bu necə Müdafiə Nazirliyidir?” – deyə o sual edib. Sonda general Rutskoy Rusiyanın hərbi qələbəsinin heç bir yolunu görmədiyini bildirib. Samir Quliyev Kaim.az :

Rusiya
 

Bənzər yazılar

Back to top button