Top.Mail.Ru
GÜNDƏM

“Kiyevə tank versək, geri dönüş olmayacaq” – Fransız general

Parisin Ukraynaya “Leclerc” tanklarının göndərməsi geridönməmək nöqtəsi olacaq.
Kaim.az xəbər verir ki, bunu Fransa Hərbi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri, general Kristof Qomar deyib. Onun fikrincə, tankların Ukrayna Silahlı Qüvvələrinə verilməsi qərarı Fransa ordusunu silahsızlaşdıra bilər. “Bu, geri dönüşü olmayan nöqtə olardı. Harada dayanacağıq? Bundan sonra nədən imtina etməli olacağıq?” – general qeyd edib. Qomar onu da vurğulayıb ki, əslində “Leclerc”i göndərmək demək olar ki, mümkün deyil. Onlar 2008-ci ildən istehsal olunmur və bu tankdan Fransa ordusunda cəmi 220 ədəd var. Tankların yarısı isə Rumıniyada yerləşdirilib. Bəziləri modernləşdirilir və ya təkmilləşdirilməyə hazırlanır, qalanları isə texniki xidmətdən keçir. Tural Tağıyev Kaim.az :

Tank
 

Fransa
 

Bənzər yazılar

Back to top button