Top.Mail.Ru
GÜNDƏM

“İran bizə dost və mühüm tərəfdaş olan ölkədir”- Qriqoryan

İran dost ölkədir və Ermənistanın mühüm tərəfdaşıdır.
Kaim.az xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mher Qriqoryan Tehranda keçirilən Ermənistan-İran hökumətlərarası komissiyasının 17-ci iclasında əldə olunmuş razılaşmaların icrasına nəzarət üzrə komissiyanın iclasında deyib. Qriqoryan bu formatda mütəmadi müzakirələrin aparılmasının vacibliyini vurğulayıb. O, həmçinin İranın vitse-prezidenti Seyid Məsud Mir Kazemini növbəti görüş üçün İrəvana dəvət edib. Qeyd edilir ki, görüşdə iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin inkişaf perspektivləri, o cümlədən enerji və nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarının müzakirə edilib. Tural Tağıyev Kaim.az :

İran
 

Ermənistan
 

Bənzər yazılar

Back to top button