Top.Mail.Ru
GÜNDƏM

“Kiyevə verdiyimiz pullar təyinatı üzrə xərclənməyib” – ABŞ Maliyyə Nazirliyi

ABŞ-ın Ukraynaya göndərdiyi pul vəsaitləri təyinatı üzrə istifadə olunmayıb. Bununla belə, Vaşinqton korrupsiyanın qarşısını almaq üçün Kiyevlə sıx əməkdaşlığı davam etdirəcək.
Kaim.az xəbər verir ki, bu barədə “Reuters”ə ABŞ-ın Maliyyə Nazirliyindən məlumat verilib. Bu, son həftələrdə Ukraynada səs-küylü korrupsiya qalmaqalları fonunda nazirliyin ilk bəyanatıdır. Nazirliyin sözçüsü Meqan Upper deyib ki, qurum ABŞ ödənişlərinin izlənməsi, onların təyinatı üzrə istifadə edildiyini təsdiqləmək üçün Dünya Bankı ilə yaxından işləməyə davam edəcək. Tural Tağıyev Kaim.az :

Bənzər yazılar

Back to top button