GÜNDƏM
Bakı-Gəncə qatarı texniki səbəbdən gecikib

Bu gün Bakıdan Gəncəyə gedən elektrik qatarının qrafikində gecikmə qeydə alınıb. Belə ki, 08:45-də Bakıdan çıxan qatar 12:25-də Gəncəyə çatmalı idi. Amma qatar Gəncəyə 14:05-də çatıb.
“Azərbaycan Dəmir Yolları” QSC-dən Kaim.az -ın sorğusuna cavab olaraq bildirib ki, qatarın təyinat nöqtəsinə gec çatmasının səbəbi texniki nasazlıq olub. “Bu gün Bakıdan Gəncə istiqamətində hərəkət edən sərnişin qatarı Dəliməmmədli-Zazalı mənzilindən keçərkən qatarda texniki nasazlıq baş verib. Mütəxəssislərimiz tərəfindən texniki nasazlıq aradan qaldırılıb və köməkçi lokomitvlə qatarın hərəkəti təmin edilib”. Aytən Zəhra Kaim.az :