Top.Mail.Ru
GÜNDƏM

Gənclər Günü ilə əlaqədar “Formula 1” endirimli biletləri satışa çıxarılır

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 2 fevral – Gənclər Günü ilə əlaqədar “Formula 1” üzrə Azərbaycan Qran-prisi üçün endirimli biletləri satışa çıxarır.
BŞH-dan Kaim.az -a verilən məlumata görə, bu il daha çox yerli gəncin yarış həyəcanını yaxından yaşaması üçün keçirilən kampaniya çərçivəsində tribuna biletləri 50% endirimlə təklif olunur. Bu, yalnız tələbələr üçün nəzərdə tutulub və biletlər məhdud saydadır. Bundan başqa, sözügedən kampaniya Azərbaycan vətəndaşlığına və ya rezident statusuna sahib tələbələrə şamil olunur. Onlar tələbə kartını təqdim edərək bu endirimdən yararlana bilərlər. Endirimli biletləri yalnız aşağıdakı satış məntəqələrindən hərəyə 1 ədəd olmaqla əldə etmək olar: “28 Mall” Ticarət Mərkəzi “Gənclik Mall” Ticarət Mərkəzi Heydər Əliyev Sarayı Köşk №1 (M.Rəsulzadə 3) Köşk №2 (Bül-bül prospekti, Nizami küç.) 1 saylı “ASAN xidmət” mərkəzi 2 saylı “ASAN xidmət” mərkəzi 3 saylı “ASAN xidmət” mərkəzi 4 saylı “ASAN xidmət” mərkəzi Sumqayıt “ASAN xidmət” mərkəzi Endirim kampaniyası fevralın 5-dək davam edəcək. Qeyd edək ki, Azərbaycan Qran-prisi 28-30 apreldə baş tutacaq və Bakı ilk dəfə sprint yarışına ev sahibliyi edəcək. Kaim.az

:

Bənzər yazılar

Back to top button