Mask 140 milyon dolları “Bitcoin”də batırdı

ABŞ-dakı maliyyə investisiya tənzimləyicilərinə təqdim etdiyi məlumata görə, elektrikli avtomobil istehsalçısı “Tesla” şirkəti “Bitcoin”ə etdiyi investisiyalardan cəmi 204 milyon dollar itirib. Lakin o, kriptovalyuta ticarəti vasitəsilə onun 64 milyon dollarını geri qaytarıb. Beləliklə, İlin Mask ötən il 140 milyon dollar itirib
“Tesla” şirkəti 2021-ci ilin əvvəlində “Bitcoin”ə 1,5 milyard dollar həcmində sərmayə qoyub. Şirkətin sahibi İlon Mask da “Bitcoin”in satışlarda ödəniş vasitəsi kimi istifadə oluna biləcəyini açıqlamışdı. Lakin bir neçə həftə sonra şirkət fikrini dəyişdiyini açıqladı və “Tesla” o vaxtdan bəri “Bitcoin”lərin çoxunu satıb. Hazırda şirkət 184 milyon dollar dəyərində “Bitcoin”ə sahibdir. Mask kriptovalyutadan qazanan ən yüksək profilli şəxslər arasındadır. Belə ki, onun sosial mediada kriptovalyutalarla bağlı verdiyi açıqlamalar kommersiya əməliyyatlarına böyük təsir edir. 2022-ci ilin noyabr ayında 70.000 dollara yüksələn kripto pulun dəyəri “Tesla”nın demək olar ki, bütün “Bitcoin”lərini satmaq qərarından sonra sürətlə 50 faiz ucuzlaşıb. :