Nüvə toqquşması ehtimalı Qərbin Ukraynaya silah tədarükü ilə artır

Nüvə toqquşması ehtimalı Qərbin Ukraynaya silah tədarükü, Ukrayna hərbçilərinin təlimi və kəşfiyyat məlumatlarının ötürülməsi ilə artır.
Kaim.az xəbər verir ki, Rusiya nümayəndə heyəti BMT-nin tərksilah üzrə konfransının plenar sessiyasında belə risklər barədə xəbərdarlıq edib. “Silahların tədarükü, muzdluların hazırlanması, kəşfiyyat məlumatlarının verilməsi yolu ilə Ukraynadakı hərbi qarşıdurmanın dərinləşməsində iştirak edən ölkələr nüvə gücləri arasında birbaşa silahlı toqquşma üçün real risklər yaradır”- diplomatlar bildiriblər. Rusiyanın BMT-dəki nümayəndə heyəti qeyd edib ki, Kiyevə bu cür dəstək Qərb ölkələrinin rəsmi nümayəndələrinin Ukraynadakı münaqişənin diplomatik yolla həllinin zəruriliyi ilə bağlı bəyanatları ilə ziddiyyət təşkil edir, həm də onun uzanmasına və yeni qurbanlara səbəb olur. Kaim.az :