GÜNDƏM
Bərdə ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var

Bərdə ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var.
Kaim.az xəbər verir ki, hadisə Bərdə-Ağdam yolunun Bərdə rayon Kətəlparaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “Mercedes” və “Niva” markalı minik avtomobillərinin toqquşması nəticəsində azı 4 nəfərin öldüyü bildirilir. Hadisə şahidlərinin bildirdiyinə görə, qəzaya düşən avtomobillərdən biri ANAMA agentliyinə məxsusdur. Qəzada xəsarət alan şəxslər Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.(report) Kaim.az :