GÜNDƏM
Cəlilabadda təndirxana yanıb

Cəlilabad rayonunun Göytəpə şəhərində ümumi sahəsi 15 m² olan təndirxananın yanar konstruksiyaları 10 m² sahədə yanıb.
Kaim.az -ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yüksək temperaturdan yaxınlıqda ümumi sahəsi 100 m² olan birmərtəbəli evin 2 ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib.
Təndirxananın qalan hissəsi və ev yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. :